Hökumət Prezident Məsud Peşekianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib. Primeinfo.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib. Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov İran İslam Respublikasına səfər edib. Primeinfo.az xəbər verir ki, deputat səfər çərçivəsində İranın Ərdəbil şəhərində keçiriləcək “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə günü” və “Ərdəbil Həftəsi” münasibətilə təşkil olunan tədbirlərdə iştirak edəcək. Bildirilib ki, Ceyhun Məmmədovun səfəri iyulun 25-26-nı əhatə edir.
Fransa diplomatlarının təhlükəsizlik narahatlıqları səbəbilə Tehranı tərk etdiyi bildirilir. Primeinfo.az-ın məlumatına görə, İranın Tasnim xəbər agentliyi Fransanın diplomatlarını Tehrandan çıxardığını bildirib. Həmçinin bildirilib ki, Böyük Britaniyanın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırması ilə bağlı xəbərlər yayılıb.
“Rusiya İranı silahla təmin etmir, bununla bağlı yayılan şayiələri eşitmək utancvericidir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlaması zamanı bildirib. Lavrov bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatların davam etməsi nə ABŞ-nin, nə də İranın maraqlarına uyğundur: “Moskva da münaqişənin dayandırılmasının tərəfdarıdır”.
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinə hücum edilib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilib ki, Mircavə şəhərindəki Əli ibn Əbu Talib məscidinin imamı Məhəmməd Ənvər Riqinin bu gün səhər tezdən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Küveyt Hava Hücumundan Müdafiə Qüvvələri İrandan gələn dron hücumunun qarşısını almağa çalışır. Primeinfo.az “Sky News“ə istinadən xəbər verir ki, bu barədə Küveyt ordusu məlumat yayıb. Eşidilən partlayış səslərinin havada zərərsizləşdirilən dronlardan qaynaqlandığı bildirilib.
Yəməndə Səna beynəlxalq hava limanına hücumun məqsədi İrandan gələn təyyarənin enişinə maneə törətmək olub. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Yəmən Müdafiə Nazirliyi məlumat yayıb. Yəmən ordusu İran təyyarəsinin enişini dayandırmaq üçün Səna hava limanının uçuş-enmə zolağını hədəfə aldığını bildirib.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) İdarəetmə Şurası ölkələri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını və gəmi hərəkətinə nəzarət etmək üçün yaratdığı qurumu tanımamağa çağırıb. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü qəbul etdiyi sənəddə qeyd olunub. Sənəddə bildirilir ki, dövlətlər İranın Hörmüz boğazı üzərində nəzarəti birtərəfli qaydada ələ keçirmək cəhdlərini rədd etməlidir.
“İran əsla nüvə silahına malik olmamalıdır”. Primeinfo.az xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair “Ankara Bəyannaməsi”ndə qeyd olunub. Sənəddə bildirilir ki, Tehran Hörmüz boğazından sərbəst keçidi təmin etməli, naviqasiya azadlığına hörmətlə yanaşmalıdır.
Tehran Hörmüz boğazında gəmiçiliyin yeni qaydalarının tətbiqini nəzərdən keçirir və dost ölkələr üçün xüsusi şərtlər müəyyən edilə bilər.