“Azərbaycan investisiya üçün çox cəlbedici məkandır”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunun (PSF 2026) açılışında deyib.
Azərbaycan və Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyi arasında qarşılıqlı investisiyaların davamlı təşviqi istiqamətində mümkün addımlar müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O, Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşüb.
Səfər çərçivəsində onlar təşkilat komitəsinin üzvləri ilə görüşüb və bankın 57 üzv ölkəsindən gələcək nümayəndə heyətlərini qəbul etməyə hazırlıq səviyyəsini qiymətləndiriblər.
Qanunsuz tikililərin leqallaşdırılması sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni risklər yarada bilər.
“2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi.
“Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibəti mövcuddur. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dəvət olunmuş ölkə kimi çıxış edir və bu təşəbbüsü dəstəkləyir”. Primeinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində keçirilən “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” mövzusunda panel iclası zamanı bildirib.
Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib. T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrin inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüş keçirdik.
İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamla bu vəzifəyə Azər Bayramova gətirilib Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib. Primeinfo.az xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.