Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının nümayəndə heyəti ilə görüşüb - FOTO
qtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycan və Türkiyə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsinə əlavə imkanlar açır.