Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə nazir özünün “X” hesabında paylaşım edib. “Görüşdə şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və yaşıl keçid sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük.
Azərbaycan və Pakistan ticarət sahəsində birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib. Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində hesabında bildirib. “Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşmək xoş oldu”,- deyə nazir qeyd edib.
İsraildə keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə işbirliyinə dair müzakirələr aparılıb.
İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfər edə bilər.
Bu gün Yerusəlimdə Azərbaycan və İsrail Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclası keçiriləcək. Bu barədə Primeinfo.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, iclasla bağlı Azərbaycan-İsrail Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri artıq başlayıb.
“Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq”.
2022-ci ildən etibarən Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib. Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2018-ci ildən başlayaraq vergi, gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib: “Bu dövr ərzində qeyri-neft qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58 %-dən, cari ilin son tarixinə 70 %-dək yüksəlib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar paylaşım edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib. “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik.
Azərbaycanın İqtisadiyyat Nazirliyi Ərəb Koordinasiya Qrupu ilə Niyyət Bəyannaməsi, Əbu-Dabi İnkişaf Fondu ilə isə Anlaşma Memorandumu imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. “Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi”ni və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu”nu imzaladıq.
“2022–2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3 % səviyyəsində proqnozlaşdırılır”. Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. O qeyd edib ki, büdcə layihəsi hazırlanarkən həm xarici, həm də daxili amillər nəzərə alınıb.