Xəbər axtarın

Son axtarış nəticələri:

İİB Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi AÇIQLANIB

19.06.2026 16:33

İİB Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi AÇIQLANIB

Azərbaycanın İslam İnkişaf Bankına üzv olduğu 1992-ci ildən bəri, 30 ildən artıq müddəti əhatə edən əməkdaşlıq çərçivəsində İslam İnkişaf Bankı Qrupu ölkəmizdə iqtisadiyyatın əsas sektorları – kənd təsərrüfatı, enerji, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla, təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyələşmə həyata keçirib.

Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, maliyyələşdirilən layihələrin əksəriyyəti artıq tamamlanıb.

“Hazırda ümumi dəyəri 635,9 milyon ABŞ dolları olan 11 layihə icra mərhələsindədir”, – deyə o vurğulayıb.

Paylaş: