
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub.
Primeinfo.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldiyi vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin təşviqi, həmçinin biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.



