Xəbər axtarın

Son axtarış nəticələri:

​Azərbaycan-Özbəkistan tərəfdaşlığında yeni addım: Sənədlər imzalandı  

22.08.2026 20:15

​Azərbaycan-Özbəkistan tərəfdaşlığında yeni addım: Sənədlər imzalandı  

“Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətlərin intensiv inkişafı iqtisadi əlaqələrin şaxələndirilməsinə və biznes tərəfdaşlığının möhkəmlənməsinə güclü təkan verir”.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında keçirilən 4-cü Bölgələrarası Forumun yekunlarına əsasən, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb:

“Energetika, maliyyə, infrastruktura, tikinti və istehsal kimi prioritet sahələri əhatə edən bu sənədlər biznes assosiasiyaları arasında əlaqələri möhkəmləndirəcək, özəl sektorun tam potensialını üzə çıxaracaq və birgə layihələrin həyata keçirilməsini irəli aparacaq”.

Paylaş: