Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tələbələrin fotolarını yayan şəxsi saxlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcək.
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib. Primeinfo.az xəbər verir ki, Mikayıl Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub. 1950-1956-ci illərdə Qazaxıstanın Cambul rayon orta məktəbində təhsil alıb.
Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, keçmiş deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev vəfat edib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. Məlum olub ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiq Sumqayıtda parkda olarkən dünyasını dəyişib.
Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Bu barədə Primeinfo.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Onun pik dövrü 17–18 noyabr gecəsi gözlənilir.
BDU-nun keçmiş rektoru (1999-2018), Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Abel Məhərrəmovun varidatı açıqlanıb.