Xəbər axtarın

Son axtarış nəticələri:

Rutte: "Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir"

06.07.2026 19:20

Rutte: "Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir"
Türkiyə NATO-da lider rolunu gücləndirib.

Primeinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ankarada mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rutte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. O bildirib ki, Türkiyə son illərdə bu sahədə sürətli inkişaf yolu keçib və hazırda təxminən 3 min şirkət NATO qüvvələrinin ehtiyac duyduğu hərbi texnika və avadanlıqlar istehsal edir.

“Bu gün Türkiyə NATO-nun ən böyük və peşəkar hazırlığa malik silahlı qüvvələrindən birinə sahibdir. Xüsusilə son 5-10 il ərzində ölkə müdafiə sənayesini sürətlə inkişaf etdirib. Türkiyə alyans üçün olduqca mühüm əhəmiyyət daşıyır. Türkiyənin geostrateji mövqeyi, NATO-dakı liderliyi və bu sammitə ev sahibliyi etməsi bunun bariz göstəricisidir”, – o qeyd edib.

Paylaş: