Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın keçmiş səfiri vəfat edib

12.06.2026 10:12

Azərbaycanın keçmiş səfiri vəfat edib

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

Primeinfo.az bu barədə Aktual.ge-yə istinadən xəbər verir.

Məlumata görə, o, Bakıdakı evində dünyasını dəyişib. Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Paylaş: