Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: vəfat edib

Səfər Əbiyevə ağır itki üz verib

Səfər Əbiyevə ağır itki üz verib

Keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə ağır itki üz verib.Primeinfo.az xəbər verir ki, eks-nazirin qardaşı Rüstəm Əbiyev vəfat edib. Ölümün səbəbi açıqlanmayıb. Allah rəhmət eləsin!

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

İtalyan dizayner, moda dünyasının əfsanəvi simalarından biri, qırmızı rəngi və romantik dəbdəbəsi ilə tanınan Valentino Qaravani 93 yaşında vəfat edib. Primeinfo.az xəbər verir ki, o, Romadakı iqamətgahında ailə üzvlərinin əhatəsində dünyasını dəyişib. 2008-ci ildə təqaüdə çıxan Valentino moda evinin gələcəyini etibar etdiyi kreativ direktorlar – Maria Qrazia Çiuri, Pierpaolo Piccioli və daha sonra Alessandro Mişel tərəfindən hörmətlə davam etdirilən bir irs qoyub.

Əməkdar müəllim vəfat etdi - FOTO

Əməkdar müəllim vəfat etdi - FOTO

Bərdədə Əməkdar müəllim vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbi məlumat yayıb. Bildirilib ki, uzun illər akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü liseydə fəaliyyət göstərmiş, son dövrlərdə isə fəaliyyətini N.Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə davam etdirən Əməkdar müəllim Mehdiyeva Püstə Tahir qızı bu gün dünyasını dəyişib.

Cəlilabadda 77 yaşlı qadın yanaraq ölüb

Cəlilabadda 77 yaşlı qadın yanaraq ölüb

Cəlilabad rayonunda 77 yaşlı qadın faciəli şəkildə ölüb. Primeinfo.az xəbər verir ki, rayon sakini – 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyərkən soba onun üzərinə aşıb. Nəticədə qadın yanaraq ölüb.

Gənc həkimin meyiti tapıldı

Gənc həkimin meyiti tapıldı

Gənc həkim Nurlana Əliyevanın meyiti tapılıb. Primeinfo.az-ın məlumatına görə, onun evində qəfil boğularaq dünyasını dəyişdiyi bildirilir. Nurlana Əliyeva Dəmir Yol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərirdi.

Oqtay Əsədovun qızı vəfat edib

Oqtay Əsədovun qızı vəfat edib

        Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə Modern.az-a keşmiş spikerə yaxın şəxslər bildiriblər. Mərhumun uzun müddət xəstə olduğu və Türkiyədə müalicədən sonra dünyasını dəyişdiyi bildirilib.

66 yaşlı kişi yanan ocağın üzərinə yıxılaraq öldü

66 yaşlı kişi yanan ocağın üzərinə yıxılaraq öldü

Naxçıvanda kişi yanan ocağın üzərinə yıxılaraq ölüb. Primeinfo.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırıb.

Ordumuzun əsgəri vəfat etdi - FOTO

Ordumuzun əsgəri vəfat etdi - FOTO

Azərbaycan Ordusunun əsgəri vəfat edib. Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, 21 yaşlı Əli Vahab oğlu Cəfərovun pnevmoniyadan öldüyü bildirilir. Mərhum ötən gün Gəncədə dəfn olunub.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, keçmiş deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev vəfat edib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. Məlum olub ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiq Sumqayıtda parkda olarkən dünyasını dəyişib.

Bədii qiraətçi Nadir Hüseynov vəfat edib

Bədii qiraətçi Nadir Hüseynov vəfat edib

Əməkdar müəllim, bədii qiraətçi Nadir Hüseynov vəfat edib. Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetindən məlumat verilib. Qeyd edək ki, Nadir Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub.