Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: vəfat edib

4 hotel işçisinin ölümündə təqsirləndirilən icarədarın həbsi uzadılıb

4 hotel işçisinin ölümündə təqsirləndirilən icarədarın həbsi uzadılıb

Binəqədidə ötən ay hotelin 4 işçisinin ölümündə təqsirləndirilən icarədar Ağasif Verdiyevin barəsində olan həbs müddəti uzadılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, Ağasif Verdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı

“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı 5-ə çatıb. Primeinfo.az xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib. Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.

Keçmiş icra başçısı vəfat edib

Keçmiş icra başçısı vəfat edib

Ağsu rayonunun keçmiş icra başçısı Sərdar Məmmədov vəfat edib. Primeinfo.az xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Sərdar Məmmədov uzun illər Ağsuda müxtəlif vəzifələrdə çalışıb, 1991-1992-ci illərdə Rayon İcra Hakimiyyətinin başçısı, 1990-1995-ci illərdə isə rayonun deputatı olub.

"Əməkdar məşqçi" vəfat edib

"Əməkdar məşqçi" vəfat edib

Əməkdar məşqçi Rəayət Abdalov vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat yayıb. Bildirilib ki, idman ustası, əməkdar məşqçi, Respublika dərəcəli hakim və “Göyəzən” klubunun məşqçi-müəllimi Rəayət Abdalov 54 yaşında dünyasını dəyişib.

Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı - FOTO

Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı - FOTO

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb. Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Milli Qəhrəmanın atası vəfat etdi

Milli Qəhrəmanın atası vəfat etdi

Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin atası vəfat edib. Primeinfo.az xəbər verir ki, şəhid atası bu gün 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, polis zabiti olan F.

Azərbaycanda sabiq nazir vəfat etdi

Azərbaycanda sabiq nazir vəfat etdi

1991-1992-ci illərdə Azərbaycanda taxıl məhsulları naziri olmuş Zakir Abdullayev vəfat edib. Primeinfo.az xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Z.

Bakıda 14-cü mərtəbədən yıxılan qadın öldü

Bakıda 14-cü mərtəbədən yıxılan qadın öldü

Ötən gecə paytaxtın Nərimanov rayonunda faciəvi hadisə qeydə alınıb. Primeinfo.az xəbər verir ki, saat 23 radələrində 1984-cü il təvəllüdlü Şəki sakini Xəyalə Rzayeva yaşadığı F.Əsədov küçəsindəki 16 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.

Şəhidin hərbçi oğlu faciəvi şəkildə öldü

Şəhidin hərbçi oğlu faciəvi şəkildə öldü

Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun oğlu İsmayıl Əzimli dünyasını dəyişib. Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin bölük komandiri, baş leytenant 1993-cü il təvəllüdlü Əzimli İsmayıl Elman oğlu hündür qayalıqdan yıxılıb.

“Zita və Gita"nın ulduzu vəfat etdi - FOTO

“Zita və Gita"nın ulduzu vəfat etdi - FOTO

Hindistanın tanınmış aktyoru,  məşhur “Zita və Gita”-nın ən sevilən aktyoru Dharmendra 90 yaşında vəfat edib. “Qafqazinfo” “Bollywood Hungama”ya istinadən xəbər verir ki, noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilən aktyor bu gün səhər saatlarında ölüb. Qeyd edək ki, Dharmendra ölkəmizdə sevilən “Bollivud” aktyorlarından olub.