
Bu gün Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin vəfat günüdür.
Primeinfo.az xəbər verir ki,Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində doğulub. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olub. 22 avqust 2000-ci ildə Ankarada müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.
Türkiyənin Milliyətçi Hərəkat Partiyası Əbülfəz Elçibəyin vəfat ildönümü ilə bağlı sosial şəbəkə platformalarında anım günü paylaşımı edib.