Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Sabah FK

“Sabah” “Sumqayıt”a qalib gəldi

“Sabah” “Sumqayıt”a qalib gəldi

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk hissəsinə yekun vurulub. Primeinfo.az xəbər verir ki, XVI turun və ilin son oyunu Sumqayıtda eyniadlı komanda ilə “Sabah” arasında keçirilib. Matç “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" "Qarabağ"a qalib gələrək liderliyi ələ keçirib

"Sabah" "Qarabağ"a qalib gələrək liderliyi ələ keçirib

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda “Sabah” ölkə çempionu “Qarabağ”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Sabah” – “Qarabağ” – 2:1 (İkinci hissə) Qol: Leandro Andrade, 9 (0:1), Coy Lens Mikels , 52 (1:1), Aron Maluda, 88 (2:1) Qeyd edək ki, “Sabah” 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib.

Premyer Liqa: "Sabah" "Neftçi"yə qalib gəlib

Premyer Liqa: "Sabah" "Neftçi"yə qalib gəlib

Misli Premyer Liqasının XIV turunda “Sabah” “Neftçi”yə qalib gəlib. “Report”un məlumatına görə, “Bank Respublika Arena”da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.

AFFA "Sabah" klubuna xəbərdarlıq edib

AFFA "Sabah" klubuna xəbərdarlıq edib

AFFA İntizam Komitəsi “Sabah” klubuna xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, buna XII turda “Şamaxı” ilə oyunda tamaşaçılar tərəfindən gətirilmiş və qadağan olunmamış əşyaların arenaya buraxılmaması səbəb olub. “Sumqayıt”ın futbolçusu Rayan Senhaci isə 1 oyunluq cəza alıb.

“Sabah” Fransa klubuna məğlub olub

“Sabah” Fransa klubuna məğlub olub

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb. Primeinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbəyə sevinib.

Kristian Sebalyos "Sabah"dan ayrıldı

Kristian Sebalyos "Sabah"dan ayrıldı

Kristian Sebalyos “Sabah” futbol komandasının məşqçilər korpusundan ayrılıb. Bu barədə Primeinfo.az-a klubdan məlumat verilib. İspan mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Sabah" U-19 "Nant"a məğlub olaraq turnirlə vidalaşdı

"Sabah" U-19 "Nant"a məğlub olaraq turnirlə vidalaşdı

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, Əlincə sradionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. “Bayquşlar”ın qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub.

AFFA iki klubu 16 min 500 manat CƏRİMƏLƏDİ

AFFA iki klubu 16 min 500 manat CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi “Sabah” klubunu 11 700 manat cərimələyib. Primeinfo.az xəbər verir ki, buna Misli Premyer Liqasının VI turunda “Sumqayıt”la matçda yaşananlar səbəb olub. Oyununun gedişində işıq söndüyünə görə qarşılaşma 20 dəqiqə gecikdiyi üçün “Sabah” 1000 manat cərimə olunub.

"Qarabağ" klubu 5 min manat cərimələndi

"Qarabağ" klubu 5 min manat cərimələndi

AFFA İntizam Komitəsi “Sabah”, “Qarabağ” və “Araz-Naxçıvan” klublarını cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. 21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 17.7); 21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilsin (maddə 52.5); 20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);