Xəbər axtarın

Son axtarış nəticələri:

Çempionlar Liqası: “Sabah” Finlandiyada cavab oyununa çıxır

28.07.2026 12:46

Çempionlar Liqası: “Sabah” Finlandiyada cavab oyununa çıxır

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Primeinfo.az xəbər verir ki, Bakı klubu Finlandiyanın KuPS komandasının qonağı olacaq.

Kuopio Mərkəzi Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Qarşılaşmanı İsraildən olan hakim Qal Leibovitz idarə edəcək.

Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Paylaş: