
Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olacaq.
Primeinfo.az xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
22 aprel
20:00. “Sabah” – “Qarabağ” (ilk oyun 2:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”.