Xəbər axtarın

Son axtarış nəticələri:

Fransada ETİRAZLAR: Yüz minlərlə insan küçələrə çıxıb, yaralananlar və həbs edilənlər var - FOTO

30.09.2026 10:38

Fransada ETİRAZLAR: Yüz minlərlə insan küçələrə çıxıb, yaralananlar və həbs edilənlər var - FOTO

Fransada dövlət sektorunda çalışanların sentyabrın 29-da keçirdiyi ümummilli tətil və kütləvi etiraz aksiyaları ölkə üzrə geniş vüsət alıb. 

Primeinfo.az xəbər verir ki, aksiyalara qatılan insanların sayı ilə bağlı hökumət və həmkarlar ittifaqları fərqli rəqəmlər açıqlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 206 min, o cümlədən Parisdə 30 min nəfər nümayişlərə qatılıb.

CGT isə iştirakçıların sayının ölkə üzrə 300 min, paytaxtda isə 70 min nəfər olduğunu açıqlayıb.

Fransada ETİRAZLAR: Yüz minlərlə insan küçələrə çıxıb, yaralananlar və həbs edilənlər var - FOTO

CGT, FO, CFDT, UNSA, FSU, Solidaires, CFE-CGC və FA-FP həmkarlar ittifaqları dövlət qulluqçularının əməkhaqlarının artırılmasını və dövlət xidmətlərinin qarşısında duran vəzifələrə uyğun maliyyə vəsaitlərinin ayrılmasını tələb edirlər. Tətil 2027-ci il büdcə layihəsinin təqdimatından iki gün əvvəl keçirilib.

Fransada ETİRAZLAR: Yüz minlərlə insan küçələrə çıxıb, yaralananlar və həbs edilənlər var - FOTO

Dövlət qulluğunun müxtəlif sahələrində də tətilə qoşulma qeydə alınıb. Günorta saatlarına olan məlumatlara əsasən, dövlət idarələrində çalışanların 9,64 faizi, yerli idarələrdə çalışanların 5,68 faizi, xəstəxana sektorunda isə 4,5 faizi tətil edib.

Təhsil sahəsində tətilə qoşulma səviyyəsi 11,47 faiz təşkil edib. Müəllimlər arasında bu göstərici 13,71 faiz olub.

Fransada ETİRAZLAR: Yüz minlərlə insan küçələrə çıxıb, yaralananlar və həbs edilənlər var - FOTO

Etirazlar bəzi liseylərin qarşısında blokadalarla da müşayiət olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlər və liseylər ətrafındakı blokadalar zamanı 40 nəfər saxlanılıb. Milli Təhsil Nazirliyi isə 338 təhsil müəssisəsində müxtəlif aksiyalar və ya fəaliyyətə maneələr qeydə alındığını, şagirdlər və əməkdaşlar arasında 10 nəfərin xəsarət aldığını açıqlayıb.

Fransada ETİRAZLAR: Yüz minlərlə insan küçələrə çıxıb, yaralananlar və həbs edilənlər var - FOTO

Bordo şəhərindəki Monten liseyinin yaxınlığında keçirilən aksiya zamanı isə prefekturanın məlumatına görə, aerozol balonunun partlaması nəticəsində bir yanğınsöndürən xəsarət alıb.

Paylaş: