Rusiya noyabrın 1-də Ukraynanın Vinnitsa vilayətinin Kozyatın icmasına zərbə endirib. Primeinfo.az xəbər verir ki,Vinnitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnayanın məlumatına görə, hücum nəticəsində 13 yaşlı qız da daxil olmaqla iki nəfər həlak olub, reanimasiyaya yerləşdirilən daha bir qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı dörd nəfər də yaralanıb.
Ötən gecə Ukrayna Rusiyanın ən böyük 5 neft emalı zavodu sırasında olan müəssisəyə zərbə endirib. Primeinfo.az xəbər verir ki,söhbət Rusiyanın Nijni Novqorod vilayətindəki Kstovo NEZ-dən gedir. Gecə yarısından zavodda hücum nəticəsində baş verən yanğının görüntüləri sosial mediada geniş yayılmağa başlayıb.
Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa heç vaxt razılaşmayıb. Primeinfo.az xəbər verir ki,bu barədə Ukrayna rəsmiləri “The Kyiv Independent” nəşrinə məlumat veriblər. Qeyd olunur ki, bundan əvvəl Qərb mediası öz mənbələrinə istinadən Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarda fasilə verməyə razılıq verdiyini yazmışdı.
Ukrayna Silahlı Qüvvələri oktyabrın 17-si və oktyabrın 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi məqsədli obyektlərinə hava zərbələri endirib. Primeinfo.az xəbər verir ki,Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Müdafiə Qüvvələrinin bölmələri Rusiya ordusunun hücum dronları üçün buraxılış məntəqəsinə, nəqliyyat vasitələri və zirehli döyüş maşınları üçün təmir bazasına və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiya qoşunlarının canlı qüvvələrinin məntəqəsinə zərbələr endirib. Məlumatda deyilir ki, xüsusilə, Donetsk yaxınlığında hücum dronları üçün saxlama, hazırlama və buraxılış məntəqəsinə zərbə endirilib: “Bu, düşmənin müxtəlif modifikasiyalı dronlarla Ukrayna ərazisinə və mülki infrastrukturuna hücum etmək qabiliyyətini azaldır”.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən qitələrarası ballistik raketlərin utilizasiyası mərkəzinə zərbə endirib.
Ukrayna qüvvələri avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətində yerləşən “Novokuybışevsk” neft emalı zavodunun (NEZ) obyektlərini vurub.
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbələri nəticəsində çoxmərtəbəli binada dağıntı qeydə alınıb, ölənlər və xəsarət alanlar var.
İran Səhiyyə Nazirliyi iyunun 27-dən etibarən ABŞ-ın İrana yeni hava zərbələri nəticəsində 59 nəfərin öldüyünü açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, həlak olanlar arasında 6 qadın və yaşı 18-dən aşağı olan 3 yeniyetmə də var. Hesabatda bildirilib ki, zərbələr nəticəsində indiyədək 666 nəfər yaralanıb.