Cənubi Qafqazda bəyan edilmiş sülh təkcə region ölkələrinə deyil, həm də ondan kənara fayda verəcək konkret hərəkətlər və real nəticələrlə müşayiət olunmalıdır. Primeinfo.az xəbər verir ki,bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə keçirilən “Manama Dialoqu” forumunun yekun panel müzakirəsində çıxışı zamanı bildirib. “Cənubi Qafqazın təcrübəsi təkcə uzunmüddətli qarşıdurmanın nə qədər baha başa gəldiyini deyil, həm də diplomatiyanın yarada biləcəyi imkanları göstərir.
Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib.
Ermənistanın yeni Konstitusiya layihəsinin referendumda rədd edilməsi ölkədə yeni siyasi vəziyyət yarada bilər və müxalifətə hökumətin istefasını tələb etmək üçün daha ciddi arqument verə bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ruben Rubinyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, xarici işlər naziri Ararat Mirzoyanın yeni Konstitusiya layihəsinin referendumda rədd ediləcəyi təqdirdə, hökumətin istefası ehtimalını gündəmə gətirməsi hakim partiya daxilində razılaşdırılmış ssenari deyil.
Ermənistan KTMT-dəki işini çoxdan dayandırıb və üzvlüyünü dondurub. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan təşkilatın sabiq Baş katibi Nikolay Bordyujanın sözlərini şərh edərkən deyib. “Təşkilata qayıtmağımızın və münasibətlərimizin dəyişməsinin mümkünlüyünü görmürük”, – XİN rəhbəri İrəvanda sloveniyalı həmkarı ilə birgə brifinqdə bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində bəzi infrastruktur xətlərinin, o cümlədən qaz və ya neft kəmərlərinin Sünik vilayətindən kənarda çəkilə biləcəyini istisna etməyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının İrəvanda keçirilən tədbirdə iştirak etməməsinə münasibət bildirib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, brifinq zamanı jurnalistlərdən biri Azərbaycandan nümayəndələrin tədbirə qatılmamasının səbəbini və bunun iki ölkə arasındakı münasibətlərdə gərginliyə işarə edib-etmədiyini soruşub. Mirzoyan suala cavabında bildirib ki, münasibətlərdə gərginlik kimi qiymətləndirilə biləcək yeni heç nə baş verməyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün mövcud olduğunu, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində isə əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, regional əməkdaşlıq və digər beynəlxalq mövzularla bağlı fikir mübadiləsi aparıblar.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfəri zamanı iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. https://www.youtube.com/watch?v=ro1F7qbENQM