Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ararat Mirzoyan

Mirzoyan Bakı-İrəvan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə edib

Mirzoyan Bakı-İrəvan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flaherti ilə görüş keçirib. Primeinfo.az-ın məlumatına görə, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh gündəliyi əsas müzakirə mövzularından biri olub. Ermənistan KİV-inə istinadən bildirilib ki, tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın əsas prioritetlərini, Bakı ilə İrəvan arasında sülhün uzunmüddətli möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri, həmçinin humanitar məsələləri nəzərdən keçiriblər.

Mirzoyan AŞPA prezidenti ilə Azərbaycanla sülhdən danışdı

Mirzoyan AŞPA prezidenti ilə Azərbaycanla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqa işgüzar səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş prezidenti Petra Bayr ilə görüşüb. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, görüşdə regional təhlükəsizlik və sülh prosesi müzakirə mövzularından biri olub. A.

Mirzoyan bu tarixdə Gürcüstana gedəcək

Mirzoyan bu tarixdə Gürcüstana gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, Mirzoyan səfər çərçivəsində gürcü həmkarı Maka Boçorişvili ilə görüşəcək.

Mirzoyan bu tarixdə Danimarkaya gedəcək

Mirzoyan bu tarixdə Danimarkaya gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-də Danimarkaya iki günlük işgüzar səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Feysbuk səhifəsində yazıb. Məlumata görə, Mirzoyan danimarkalı həmkarı Lars Lökke Rasmussenlə görüşəcək.

Mirzoyanın həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Mirzoyanın həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə yaradılan komissiyanın üzvləri sırasına daxil edilib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Qərara əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı komissiyanın tərkibi yenilənib.

Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

“3+3” platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik”, – nazir qeyd edib.