Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ölkə parlamentində ABŞ-la TRIPP layihəsi üzrə sazişin ratifikasiyası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı hökuməti təmsil edəcək. Primeinfo.az “NEWS.am”a istinadən xəbər verir ki, müvafiq qərarı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan imzalayıb. Qərara əsasən, Mirzoyan Ermənistan parlamentində ABŞ-la TRIPP regional nəqliyyat layihəsi üzrə sazişin ratifikasiyası haqqında qanun layihəsinə baxılması zamanı hökumətin nümayəndəsi olacaq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda keçirilən görüşlər zamanı Avropa İttifaqı ölkələrini Rusiyanın son məhdudiyyətləri fonunda Ermənistana dəstək tədbirlərini sürətləndirməyə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Brüsseldəki mənbələr “Azatutyun” nəşrinə məlumat veriblər. Məlumata görə, Mirzoyan Avropa İttifaqı nümayəndələri ilə görüşlərdə Ermənistana qarşı artan təzyiqlər fonunda daha operativ addımların vacibliyini vurğulayıb.
ABŞ dövlət katibi və Ermənistanın xarici işlər naziri “TRIPP” layihəsinin (“Tramp marşrutu”) həyata keçirilməsi üzrə saziş imzalayıb və Ağ Ev rəhbəri Cənubi Qafqazı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi nəzərdən keçirir. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı deyib. “Bu, Ermənistanın rolunun artması deməkdir”, – Paşinyan bildirib.
İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında görüş başlayıb. Primeinfo.az “Armenpress”-ə istinadən xəbər verir ki, görüşdən sonra Anlaşma Memorandumunun imzalanma mərasimi keçiriləcək, bundan sonra Ararat Mirzoyan və Marko Rubio mətbuata açıqlama verəcəklər. Marko Rubio bir müddət əvvəl həyat yoldaşı Janett Rubio ilə birlikdə İrəvana gedib.
Ermənistan və Türkiyə arasında dialoq artıq müsbət nəticələr verə biləcək qədər yetkinləşib. Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan Dialoqu” beynəlxalq konfransında keçirilən müzakirələrdə bildirib. “Türkiyə ilə əla dialoqumuz var.
“Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək.
Xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi İranın ABŞ və İsraillə genişmiqyaslı müharibə şəraitində olduğunu deyib. O bildirib ki, İran hücuma cavab olaraq İsraili və bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb və lazım olduğu müddətdə özünü müdafiə etməyə hazırdır.
Ötən il avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmadan sonra Cənubi Qafqazda sülh, rifah və regional əməkdaşlıq sahəsində yeni bir fəsil açılıb. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Cenevrədə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O qeyd edib ki, mövcud şərait Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsində, qarşılıqlı etimadın dərinləşdirilməsində və regional əməkdaşlığın təşviqində mühüm rol oynaya biləcək əlaqələr, ticarət və etimad quruculuğu tədbirlərini inkişaf etdirmək üçün real imkan yaradır.