Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)

DYP-dən “Son zəng”lə bağlı MÜRACİƏT

DYP-dən “Son zəng”lə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib. İdarədən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Təəssüf hissi ilə qeyd etməliyik ki, ötən illərin təhlili göstərir ki, bəzi hallarda məzunlar və yeniyetmələr “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır. Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.

Sürücü sükan arxasında yuxuladı, 2 nəfər öldü - FOTO

Sürücü sükan arxasında yuxuladı, 2 nəfər öldü - FOTO

İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Qəza nəticəsində Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində həyatlarını itirib.

DYP “Son zəng”lə bağlı avtomobil şirkətlərinə MÜRACİƏT etdi

DYP “Son zəng”lə bağlı avtomobil şirkətlərinə MÜRACİƏT etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır. Bu barədə Primeinfo.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.

Son iki gündə 6 piyadavurma olub, 4 nəfər ölüb

Son iki gündə 6 piyadavurma olub, 4 nəfər ölüb

Son iki gün ərzində 6 piyadavurma hadisəsi qeydə alınıb. Bu barədə Primeinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, nəticədə 4 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.

DYP-dən küləkli hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

DYP-dən küləkli hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. İdarədən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ: Yağışlı hava qəza riskini artırır

DYP-dən sürücülərə XƏBƏRDARLIQ: Yağışlı hava qəza riskini artırır

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində qeyd olunub. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.

Qaydalara əməl edin - Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ

Qaydalara əməl edin - Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ

Özlərinin və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib. Bu barədə Primeinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

DYP dumanla bağlı müraciət edib

DYP dumanla bağlı müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar”.

Yol Polisindən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Yol Polisindən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Yol polisindən kəskin hava şəraiti ilə bağlı - MÜRACİƏT

Yol polisindən kəskin hava şəraiti ilə bağlı - MÜRACİƏT

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır”. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.