Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə müraciət edib. BDYPİ-dən Primeinfo.az-a daxil olan müraciətdə bildirilib ki, velosipeddən istifadə edənlər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar. “Müşahidələr göstərir ki, bəzi hallarda velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.
Ötən gün Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və xüsusilə gecə saatlarında sakinlərin rahatlığının pozulmasının qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə motosiklet və digər motonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib. Qurumdan Primeinfo.az-a verilən məlumata görə, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub. Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur.
Piyadaların təhlükəsizliyinin təmin olunması məqsədlə Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə növbəti profilaktik tədbir keçirilib. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, tədbir Şıx çimərliyi ətrafında, Bayraq Meydanı yaxınlığında və 20-ci Sahə yaşayış massivində baş tutub. Tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollarda hərəkət etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan piyadalar müəyyən edilərək saxlanılıblar.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib.
Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib, onları diqqətli və məsuliyyətli olmağa çağırır.
Paytaxtın Xətai rayonunda iki motosikletin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki,Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 10-da saat 16:00 radələrində qeydə alınıb. Belə ki, 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosiklet eyni istiqamətdə hərəkət edən, 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi digər motosikletlə toqquşub.
Müşahidələr göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. Qeyd olunub ki, bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir: “Mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda motosiklet idarə edən yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. İdarədən Primeinfo.az-a verilən məlumatda bildirilib ki, iyunun 16-da saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb: “Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə, əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib. Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.