Noyabrın 10-u Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş A/C.3/81/L.24 nömrəli “İtkin düşmüş şəxslər” adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib. Primeinfo.az Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub. Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanı Milli Günü münasibətilə təbrik edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə nazirliyin “X” sosial media hesabında post paylaşılıb. “Milli Gün münasibətilə Polşa xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində fabrikdə baş verən partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib. “Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Ziyarət zamanı Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə əklil qoyulub: “Şanlı Zəfərimiz daim qürur mənbəyimizdir!”.
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir.
6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü Azərbaycanın alqışladığını bildirib.
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak və çıxış edib.