Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan XİN

Avstriya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO

Avstriya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO

27 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

XİN: “Nepalda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur”

XİN: “Nepalda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur”

Nepal-Çin sərhədində baş verən daşqınlarda ölən, yaralanan və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bir məlumat daxil olmayıb. Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Qeyd edək ki, Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 150-ni ötüb, 570-dən çox insan itkin düşüb.

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat verilib. “Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib.

Azərbaycan XİN Əfqanıstanı təbrik edib - FOTO

Azərbaycan XİN Əfqanıstanı təbrik edib - FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanı Müstəqillik Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “X” səhifəsində yer alıb. “Əfqanıstanı Milli Günü münasibətilə səmimi təbrik edirik”, – deyə paylaşımda qeyd edilib.

Azərbaycan XİN Qabonu təbrik edib - FOTO

Azərbaycan XİN Qabonu təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qabon Respublikasını bu ölkənin Milli Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirlik “X” hesabında paylaşım edib. “Qabon xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik”, – deyə paylaşımda bildirilib.