Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Pakistan

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş və çoxsaylı insanın həyatına son qoyan kömür mədənində qəza ilə əlaqədar başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində faciə nəticəsində həlak olanların ailələrinə, eləcə də Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı ifadə olunub. “Pakistanda, Bəlucistanda çoxsaylı insanın həyatına son qoyan və yaralananların olduğu kömür mədəni qəzası xəbəri bizi dərindən kədərləndirdi.

Azərbaycan və Pakistan arasında beynəlxalq təlim - FOTO

Azərbaycan və Pakistan arasında beynəlxalq təlim - FOTO

Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri Bakı şəhərində keçirilən “The Judicial Crafting: Executive Judicial Training Programme” (“Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı”) adlı beynəlxalq təlim proqramında iştirak ediblər. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub.

Ədliyyə naziri Pakistanın dövlət naziri ilə görüşüb - FOTO

Ədliyyə naziri Pakistanın dövlət naziri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Pakistan İslam Respublikasının hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ədliyyə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanaraq, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib. Ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edən Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramının icrası çərçivəsində bir sıra birgə tədbirlərin həyata keçirildiyi və bu istiqamətdə fəaliyyətin davam etdirildiyi qeyd olunub.

Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib

Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib

18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Müstəqillik Gününüz mübarək, Azərbaycan!

Parlament sədrləri arasında regiondakı vəziyyət müzakirə edilib

Parlament sədrləri arasında regiondakı vəziyyət müzakirə edilib

Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub. Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.