Xəbər axtarın

Son axtarış nəticələri:

Parlament sədrləri arasında regiondakı vəziyyət müzakirə edilib

09.03.2026 13:55

Parlament sədrləri arasında regiondakı vəziyyət müzakirə edilib

Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.

Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub.

Paylaş: