
Bu gün günorta saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə hədəf alıb.
Primeinfo.az-ın məlumatına görə, şəhərdə güclü partlayış səsləri eşidilib. Şəhərin bəzi hissələrini tüstü bürüyüb.
Kiyev şəhər meri Vitali Kliçko paytaxtın Svyatoşin rayonunda dağıntılar qeydə alındığı barədə açıqlama yayıb.
Onun sözlərinə görə, həkimlər hadisə yerindədirlər.
Monitorinq qrupunun məlumatına görə, Rusiya Kiyevə azı 10 ballistik raket, o cümlədən “Zirkon” tipli raketlər buraxıb.