Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının nəticələrini aradan qaldırmaq üçün səylər davam edir. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal açıqlama verib. Bərpa işlərində energetiklər, xilasetmə işçiləri və kommunal xidmət əməkdaşları iştirak edir.
Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “2026-cı ilin ilk regional səfəri: Azərbaycanın Qax rayonunun icra başçısı Elvin Paşayevlə məhsuldar görüş.
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Reuters”ə iki mənbə bildirib. Onların fikrincə, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur.
Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hava zərbəsindən və ümumiyyətlə Rusiya ordusunun Kiyevə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kiyev vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işlərinə başlanılıb. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq səfirliyin qarşısındakı Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində tədbirlərə start verilib. Qarşıdakı günlərdə digər abidələrin də mühafizəsi üzrə işlər həyata keçiriləcək.