
Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə Kiyevə gecə həyata keçirdiyi hücumlar nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata əsasən, Ukrayna paytaxtının bir neçə rayonunda dağıntılar və yanğınlar qeydə alınıb. Yaşayış və qeyri-yaşayış binaları, avtomobillər, həmçinin yataqxana binası zərbələrə məruz qalıb.
Hadisə yerlərində Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bölmələri və digər müvafiq qurumlar işlərini davam etdirirlər.
