Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir: "Mərmərə dənizində gəmi 11 dəqiqə ərzində batıb" - FOTO - VİDEO - YENİLƏNİB

02.09.2026 14:34

Nazir: "Mərmərə dənizində gəmi 11 dəqiqə ərzində batıb" - FOTO - VİDEO - YENİLƏNİB

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu gün səhər saatlarında meydana gələn gəmi qəzası ilə bağlı açıqlama verib.

Primeinfo.az xəbər verir ki, nazir “Alsu” gəmisinin kapitanının saat 03:15-də başqa gəmi ilə toqquşduqları barədə məlumat ötürdüyünü bildirib.

A.Uraloğlunun sözlərinə görə, saat 03:26-da qəza ilə bağlı təcili yardım çağırışı daxil olub. Hadisədən dərhal sonra axtarış-xilasetmə qrupları əraziyə yönləndirilib. Batan “Tuğberk İmamoğlu” gəmisində hamısı Türkiyə vətəndaşı olan 10 dənizçi var idi.

Gəminin 11 dəqiqə ərzində sürətlə batdığını deyən nazir bildirib ki, toqquşmadan sonra Baş Axtarış-Xilasetmə Mərkəzi tərəfindən “Tuğberk İmamoğlu” gəmisinin heyəti ilə əlaqə yaratmaq üçün cəhd olunub. Lakin nə çağırışlara, nə də mobil telefon zənglərinə cavab verilməyib.

“Təəssüf ki, indiyədək gəmidə olan şəxslərdən heç birinə sağ çatmaq mümkün olmayıb”, – deyə Uraloğlu bildirib.

Xatırladaq ki, Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində Türkiyənin vilayətləri arasında hərəkət edən “Alsu” və “Tuğberk İmamoğlu” adlı iki yük gəmisi toqquşub.

İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən zədə aşkarlanmayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***

10:26

İstanbulun Silivri sahillərindən təxminən 18 mil aralıda iki ticarət gəmisi toqquşub.

Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən məlumat verir.

Bildirilir ki, hadisə gecə saat 03:00 radələrində baş verib. Kocaelidən Əliağaya gedən “Alsu” və İskəndərundan Ereğliyə doğru hərəkət edən Türkiyə bayraqlı “Tuğberk İmamoğlu” adlı ticarət gəmiləri toqquşub.

Nazir: "Mərmərə dənizində gəmi 11 dəqiqə ərzində batıb" - FOTO - VİDEO - YENİLƏNİB

Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisində olan 10 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.

Hadisə yerinə Sahil Təhlükəsizliyi, Sahil Mühafizəsinin Mərmərə və Boğazlar Komandanlığına bağlı çoxsaylı dəniz vasitələri, həmçinin sahil mühafizə helikopteri göndərilib. “Alsu” gəmisində gözlə görünən hər hansı zərər aşkarlanmayıb.

Nazir: "Mərmərə dənizində gəmi 11 dəqiqə ərzində batıb" - FOTO - VİDEO - YENİLƏNİB

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı davam edir.

Nazir: "Mərmərə dənizində gəmi 11 dəqiqə ərzində batıb" - FOTO - VİDEO - YENİLƏNİB

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Akşam Gazetesi (@aksam)

Paylaş: