Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gəmi

İran ordusu döyüş hazırlığına gətirildi

İran ordusu döyüş hazırlığına gətirildi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda hərbi gərginliyi son həddə çatdıracaq növbəti sərt bəyanatla çıxış edib. Primeinfo.az xəbər verir ki, “Press TV”nin yaydığı məlumata görə, SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Sərdar Musavi İran tankerlərinə qarşı hər hansı hücum olacağı təqdirdə ABŞ-ın regiondakı bütün hərbi obyektlərini vurmağa hazır olduqlarını bildirib. General vurğulayıb ki, hazırda İranın raket və pilotsuz uçuş aparatları ABŞ-ın bölgədəki bazalarına və düşmən gəmilərinə tuşlanıb: “Biz yalnız atəş açmaq üçün əmr gözləyirik”.

Rusiya donanmasına AĞIR ZƏRBƏ: "Karakurt" raket gəmisi və tankerlər məhv edildi

Rusiya donanmasına AĞIR ZƏRBƏ: "Karakurt" raket gəmisi və tankerlər məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətindəki Primorsk limanına zərbə endirərək, “Karakurt” raket gəmisi, patrul kateri, “kölgə donanması”na aid tankeri və liman infrastrukturunu sıradan çıxarıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Əməliyyat barədə dövlət başçısına Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsini icra edən Yevgeni Xmara məruzə edib.

Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarılıb - FOTO

Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarılıb - FOTO

Avropa İttifaqı Şurasının ötən gün qəbul etdiyi qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə qarşı tətbiq edilmiş sanksiyalar ləğv olunub.

İran Hörmüz boğazından keçən gəmiyə hücum edib – YENİLƏNİB

İran Hörmüz boğazından keçən gəmiyə hücum edib – YENİLƏNİB

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazından keçən gəmiyə İran tərəfindən növbəti hücum edildiyini bildirib. Primeinfo.az xəbər verir ki, hadisə İran sahillərindən 8 dəniz mili (14,8 km) qərbdə baş verib. “Yük gəmisinin kapitanı bildirib ki, təyinat limanına doğru hərəkət edərkən onun üzərinə atəş açılıb və hazırda gəmi lövbər salıb.

İran ABŞ gəmisini batırdı

İran ABŞ gəmisini batırdı

Prezident Donald Trampın İranın heç bir gücünün qalmadığına dair açıqlamaları fonunda İran ABŞ gəmisinə zərbə endirildiyini elan edib. Primeinfo.az xəbər verir ki, müvafiq məlumatı “Iranian Force” yayıb. Məlumatda iddia olunur ki, Trampın “İranın dəniz gücü tamamilə məhv edilib” dediyi anda İran donanması Bəndər-Abbas limanına yaxınlaşmağa cəhd edən Amerika gəmisini batırıb.

Hörmüzdən keçid rüsumları rialla ödəniləcək

Hörmüzdən keçid rüsumları rialla ödəniləcək

“Hörmüz boğazından keçid rüsumları rialla ödəniləcək”. Primeinfo.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi İran dövlət televiziyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, parlament tərəfindən hazırlanan qanun layihəsində təhlükəsiz keçid üçün rüsumların tətbiqi nəzərdə tutulur.