Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini hədəfə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Qara qığılcım” müqavimət mərkəzi ilə əməkdaşlıq nəticəsində Rusiyaya məxsus – “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” iki gəmi Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurulub.
Qara dənizdə həyata keçirilən hücumlar, əslində, Türkiyənin etdiyi xəbərdarlıqlarda nə qədər haqlı olduğunu üzə çıxardı. Çünki bu, savaşın coğrafiyasının genişləndiyini göstərir.
“Bu gün Qara dənizdə Türkiyənin gücü Rusiyadan qat-qat artıqdır”.
Xəbər verdiyimiz kimi, ötən gecə Qara dənizdə Rusiyaya məxsus “Kairos” və “Virat” tankerində partlayış baş verib.
Qara dənizdə “VİRAT” adlı tanker zərbə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Gəmiçilik Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, tanker 35 dəniz mili məsafədə ikən zərbə aldığı barədə məlumat verib, dərhal xilasedicilər və bir gəmi əraziyə yönləndirilib.
Rusiya ordusunun Ukraynanın İzmail limanına PUA zərbələri nəticəsində Türkiyə bayrağı altında üzən mülki gəminin göyərtəsində yanğın baş verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə Primeinfo.az-a Agentlikdən bildirilib. Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.
Gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanovun itkin düşməsi ilə bağlı detallar məlum olub. Primeinfo.az xəbər verir ki, bu barədə onun əmisi qızı, jurnalist Ağanisə Sultan özünün “Facebook” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Tural Sultanovdan artıq 31 gündür xəbər yoxdur: “Ailəmiz, Turalın atası, anası çox ağır günlər yaşayır.
Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib.
Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində gəmidəki güclü partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə Tuzladakı tərsanədə təmir işləri aparılan gəmidə baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.