ABŞ ordusu narkotik qaçaqmalçılığında şübhəli bilinən üç gəmiyə zərbə endirib və nəticədə 11 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığının “X” hesabında məlumat verilib. “Kəşfiyyat, gəmilərin məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib”, – məlumatda deyilir.
Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) məlumat yayıb.
İrana məxsus kəşfiyyat pilotsuz təyyarəsi bazar günü Oman körfəzi üzərində uzun uçuş həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” resursu məlumat yayıb. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran ordusuna xəbərdarlıq edib.
ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli gəmilərin ələ keçirilməsinə səbəb olan məlumata görə 15 milyon dollara qədər mükafat vəd edir.
“ABŞ gəmiləri İrana yaxınlaşır. Yəqin ki, bu gəmilər 1 həftəyə, 10 günə İran sahillərində olacaq”.
İtaliya hüquq-mühafizə orqanları Rusiyanın sanksiyalar altındakı “kölgə donanması”na aid olduğu bildirilən bir yük gəmisini saxlayıb. Primeinfo.az xəbər verir ki, gəmi Novorossiysk limanından yüklənmiş 33 min ton dəmir daşıyıb. İtaliya qurumlarının açıqlamasında qeyd olunur ki, sözügedən gəmi 2025-ci il noyabrın 13-dən 16-dək Novorossiysk limanında olub.
Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb. Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış “Rona” yük gəmisindən SOS siqnalı daxil olub.
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Primeinfo.az xəbər verir ki, bu barədə DDLA məlumat yayıb. Bildirilib ki, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.
ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib. Primeinfo.az-ın məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı açıqlama yayıb. Bildirilir ki, səhərə qədər davam edən “Olina” adlı gəminin tutulması əməliyyatı ABŞ dəniz piyadaları və donanması tərəfindən həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.