Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gəmi

ABŞ donanmasının İtaliyadakı bazasında naməlum DRON

ABŞ donanmasının İtaliyadakı bazasında naməlum DRON

ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyadakı bazasında naməlum dron aşkar edilib. Primeinfo.az “Stars and Stripes” qəzetinə istinadən xəbər verir ki, hadisədən dərhal sonra ehtiyat tədbirləri görülüb. Məlumata görə, İtaliya hüquq-mühafizə orqanları araşdırma apararaq dronun içərisində partlayıcı maddələrin olmadığını və onun partlama təhlükəsi yaratmadığını müəyyən edib.

Türkiyə Rusiyaya gedən gəmiləri saxlayıb

Türkiyə Rusiyaya gedən gəmiləri saxlayıb

Türkiyə Qara dənizə gedən kommersiya gəmilərinin keçidini müvəqqəti olaraq məhdudlaşdırıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar regionda gəmilərə qarşı hücumların artması fonunda qəbul edilib.

Oman sahillərində gəmi mərmi zərbəsinə məruz qalıb

Oman sahillərində gəmi mərmi zərbəsinə məruz qalıb

Omanın Xəsəb şəhərindən 18 dəniz mili şərqdə bir gəmi naməlum mərminin zərbəsinə məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb. Zərbə nəticəsində gəmidə yanğın baş verib və onu söndürmək mümkün olub.

Ukrayna bir həftədə Rusiyanın 12 "kölgə donanması" gəmisini vurub

Ukrayna bir həftədə Rusiyanın 12 "kölgə donanması" gəmisini vurub

Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib. Məlumata əsasən, gəmilər avqustun 1-8-i “MoLoÇKa” əməliyyatı çərçivəsində Qara və Azov dənizlərində vurulub.

Dronla vurulan gəminin kapitanı həlak olub - FOTO

Dronla vurulan gəminin kapitanı həlak olub - FOTO

Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus içində 11 nəfər azərbaycanlı olan “Atlas Bey” mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hücumdan sonra kapitan istisna olmaqla, digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. “Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidini təmin edib”, – məlumatda bildirilib.

Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batıb - VİDEO

Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batıb - VİDEO

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda, Cennet Adası yaxınlığında tur gəmisi batıb. Primeinfo.az xəbər verir ki, 110 nəfərin olduğu gəmi sahil mühafizə qrupları tərəfindən təhlükəsiz şəkildə təxliyə olunub. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

İrana aid 94 ticarət gəmisi ələ keçirilib

İrana aid 94 ticarət gəmisi ələ keçirilib

Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya oradan çıxan 94 İranla əlaqəli ticarət gəmisini ələ keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilir. “21 may tarixinə olan məlumata görə, Mərkəzi Komandanlıq qüvvələri 94 ticarət gəmisini istiqamətləndirib və dördünü sıradan çıxararaq İran limanlarına yük axınının qarşısını almaq üçün blokada tətbiq edib”, – deyə açıqlamada bildirilir.