Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İKTA

Şikayət indeksi və şikayətlərin cavablandırılması üzrə reytinq açıqlanıb - İKTA

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib. Bu barədə Primeinfo.az-a İKTA-dan məlumat verilib. Hesabatda 2026-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb.

“E-Şikayət” platformasına 1741 müraciət daxil olub - İKTA

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir. Bu barədə Primeinfo.az-a İKTA-dan məlumat verilib. Bildirilib ki, təhlillərin nəticələrinə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində tövsiyə və təkliflər verilir.

SMS kodlarını paylaşmayın! - İKTA-dan xəbərdarlıq

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir. Agentlikdən Primeinfo.az-a verilən məlumata görə, son təhlillər göstərir ki, bank və mesajlaşma tətbiqlərinə icazəsiz giriş hallarının əsas səbəbi təhlükəsizlik kodlarının üçüncü şəxslərlə paylaşılmasıdır. İKTA bildirir ki, heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir.