Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir. Primeinfo.az xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətinin istifadəçilərinə bununla bağlı xatırlatma edib. Bildirilib ki, bura baytarlıq preparatları, dövlət sınağından keçməmiş, təhlükəsizliyi təsdiq olunmamış və müvafiq qaydada qeydiyyata alınmamış pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, uyğunluq və fitosanitar sertifikatı olmayan toxumlar, bioloji aktiv qida məhsulları, qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatlar, eləcə də heyvan mənşəli qida məhsulları daxildir.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ali təhsil müəssisələrinin tələbələri üçün “Gələcək sənsən” Yay Təcrübə Proqramı təşkil edilir. Primeinfo.az-a bu barədə İKTA-dan məlumat verilib. Proqramda iştirak etmək üçün namizədlərə qoyulan minimal tələblər bunlardır: Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsi üzrə ali təhsil; Cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır; İngilis dili yaxşı səviyyədə.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin Mart ayı üzrə internet sürət göstəricilərini dərc edib. Primeinfo.az İKTA-ya istinadən xəbər verir ki, “Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Sabit genişzolaqlı internet xidmətləri üzrə Mart 2026 Təhlili” Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib. Təqdim edilən hesabat internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.
Yanvar-mart aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) hüquqi və fiziki şəxslər tərəfindən radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə 226 müraciət daxil olub. Primeinfo.az-a bu barədə İKTA-dan məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlər üzrə ümumilikdə 7,694 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib. Bu barədə Primeinfo.az-a İKTA-dan məlumat verilib. Hesabatda 2026-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb.
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir. Bu barədə Primeinfo.az-a İKTA-dan məlumat verilib. Bildirilib ki, təhlillərin nəticələrinə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində tövsiyə və təkliflər verilir.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir. Agentlikdən Primeinfo.az-a verilən məlumata görə, son təhlillər göstərir ki, bank və mesajlaşma tətbiqlərinə icazəsiz giriş hallarının əsas səbəbi təhlükəsizlik kodlarının üçüncü şəxslərlə paylaşılmasıdır. İKTA bildirir ki, heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir.