![]()
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ali təhsil müəssisələrinin tələbələri üçün “Gələcək sənsən” Yay Təcrübə Proqramı təşkil edilir.
Primeinfo.az-a bu barədə İKTA-dan məlumat verilib.
Proqramda iştirak etmək üçün namizədlərə qoyulan minimal tələblər bunlardır:
Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsi üzrə ali təhsil;
Cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır;
İngilis dili yaxşı səviyyədə.
Təcrübə proqramının üstünlükləri:
Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək;
Telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertfikatın verilməsi;
Təcrübə proqramını uğurla tamamlayan tələbələrin işə qəbulla bağlı dəyərləndirilməsi;
Təcrübə müddətində iş imkanı.
Proqramda iştirak etmək üçün seçim mərhələləri:
Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması;
Müsahibə;
Namizədlərin tapşırıq əsaslı qiymətləndirilməsi.
Proqramda iştirak etmək üçün Agentliyin rəsmi veb saytında “Karyera” bölməsindən və ya sosial şəbəkə hesablarında paylaşılan keçidlər vasitəsi ilə 29 aprel-21 may tarixləri arasında müraciət edə bilərsiniz.
Yay təcrübə proqramının müddəti 01 iyul-2026-cı il tarixdən 30 avqust 2026-cı il tarixədək davam edəcək.
Yay təcrübə proqramımıza qoşularaq, tələbələri bu fürsətdən yararlanmağa dəvət edirik!