Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: işid

İŞİD-in mühasibi olan azərbaycanlı ilə bağlı yekun qərar verilib

İŞİD-in mühasibi olan azərbaycanlı ilə bağlı yekun qərar verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və qardaşı Mircavad Salahovun barələrində hökmdən verilən kassasiya şikayətinə baxılıb. Primeinfo.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

İstanbulda 13 İŞİD üzvü saxlanılıb

İstanbulda 13 İŞİD üzvü saxlanılıb

İstanbulda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib, 13 şübhəli saxlanılıb, 2 nəfərin axtarışı davam edir. Primeinfo.az xəbər verir ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İŞİD-də qarşı aparılan istintaq çərçivəsində baş tutub. Araşdırmada 15 şübhəli şəxsin terror təşkilatı və münaqişə bölgələri ilə təmasda olduğu müəyyən edilib.

Türkiyədə İŞİD əməliyyatı: 51 şübhəli SAXLANILDI

Türkiyədə İŞİD əməliyyatı: 51 şübhəli SAXLANILDI

Türkiyədə İŞİD-ə qarşı növbəti böyük əməliyyat həyata keçirilib. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” hesabında bildirib. Qeyd edib ki, İŞİD terror qruplaşmasının üzvü olan, təşkilatla əlaqəli saxta yardım qurumlarını maliyyə vəsaiti ilə təmin edən və sosial media hesabları üzərindən onun təbliğatını aparan 51 şübhəli jandarma tərəfindən saxlanılıb.