Rusiya Qara dənizdə Türkiyəyə məxsus “Viva” yük gəmisinə hücum edib. Gəminin göyərtəsində 11 Türkiyə vətəndaşının olduğu bildirilir. Bir neçə gün əvvəl isə Ukraynanın Odessa limanında Türkiyəyə məxsus başqa bir yük gəmisi hücuma məruz qalıb.
Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb. 13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib.
Türkiyədə – Kocaelinin Kandıra rayonunun Kefken sahillərində dünən zərbə aldığı bildirilən xarici gəminin görüntüləri yayılıb. Primeinfo.az xəbər verir ki, gəminin vurulduğu an dron kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb. Hadisədən sonra gəminin vurulma anını göstərən görüntülər yayımlanıb.
Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.