Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir. Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
Azərbaycan, Özbəkistan və Türkiyə respublikalarının hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Türkiyənin müdafiə naziri Yaşar Güler Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edir.
“Getdikcə mürəkkəbləşən dünyada etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Birliyin Gücü – 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Primeinfo.az xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixində beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb. Rəsmi qonağı salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.
Bakı Ekspo Mərkəzində “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə İşləri üzrə Dövlət Naziri və Nazirlər Kabinetinin üzvü Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb. General-polkovnik Zakir Həsənov Azərbaycanla BƏƏ arasında son dövrlərdə hərbi əməkdaşlığın inkişafının müsbət nəticələri olduğunu qeyd edib.
Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib. Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.