Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Müdafiə Nazirliyi (MN)

“Birliyin Gücü - 2026"da kiberəməliyyat fəaliyyətləri  - FOTO - VİDEO

“Birliyin Gücü - 2026"da kiberəməliyyat fəaliyyətləri  - FOTO - VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri “Birliyin Gücü – 2026″ birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətlərini yerinə yetiriblər. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Qızılqaya” Təlim Mərkəzində keçirilən təlim zamanı hər üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.

"Birliyin Gücü - 2026” təlimində xüsusi əməliyyatlar - VİDEO

"Birliyin Gücü - 2026” təlimində xüsusi əməliyyatlar - VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə tapşırıqları yerinə yetiriblər. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, plana əsasən, hərbi texnikanın və şəxsi heyətin sürətlə keçməsini təmin etmək məqsədilə yarğanlar və xəndəklər üzərindən panton körpülərin qurulması, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, həmçinin digər mühəndis tapşırıqları icra edilib. Qarşıya qoyulan tapşırıqların icrası zamanı təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

“Birliyin Gücü – 2026”: Şərti düşmənin hava hədəflərinə zərbələr endirildi - FOTO - VIDEO

“Birliyin Gücü – 2026”: Şərti düşmənin hava hədəflərinə zərbələr endirildi - FOTO - VIDEO

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir. Primeinfo.az-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin, silah və texnikanın, eləcə də aviasiya vasitələrinin cəlb edilməsi ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra edilir.