Sentyabrın 22-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.
Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. “Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.
Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.
Müdafiə Nazirliyi ötən həftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Primeinfo.az icmalı təqdim edir: https://youtu.be/zWGhHv6N_rA?si=UmJsAuxau6-BIkFZ
Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə sentyabrın 16-da keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.
13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyində 15 sentyabr 1918-ci il Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin kursantları, muzeyin şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MMU-nun və institutun rəhbərliyi, şəxsi heyəti, o cümlədən professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə hərbi orkestrin müşayiəti ilə Döyüş bayrağı sıranın önünə çıxarılıb. Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.