Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər.
22-25 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.
Müdafiə Nazirliyi ötən həftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Primeinfo.az icmalı təqdim edir: https://youtu.be/IxutUG4nmkE?si=2WBcRUbAd9M5-RYO
Müdafiə Nazirliyinin təşəbbüsü ilə Tibb İdarəsində hərbi, hüquq-mühafizə və digər müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası”nın Protokoluna əsasən, ölkələrimiz arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.
Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, iclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri “Vətən Müdafiəçiləri” abidəsini ziyarət edərək abidənin önünə əklil qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Komitənin növbəti iclasında MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdədir. Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov ilə görüş keçirib.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 17-19 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.
Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı – 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.