Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Müdafiə Nazirliyi (MN)

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi

Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO

“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO

Hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf – 2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.

Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Serbiya Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib - FOTO

Serbiya Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir HəsənovunSerbiyaya rəsmi səfəri davam edir. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

HHQ-də zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib

HHQ-də zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb.

Azərbaycan müdafiə naziri Gürcüstandadır – FOTO

Azərbaycan müdafiə naziri Gürcüstandadır – FOTO

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.