Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Müdafiə Nazirliyi (MN)

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib. Primeinfo.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib. Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb - FOTO

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb - FOTO

2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə təmin olunublar. Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib.

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda - FOTO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda - FOTO

Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə gəlib. Primeinfo.az-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə - FOTO

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu”na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər. ​Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə uyğunlaşdırılması, eləcə də antiterror əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin uzlaşdırılmasının təmin olunması məqsədilə keçirilib.

“Ordunun Səsi Radiosu" — bir il sizinlə...

“Ordunun Səsi Radiosu" — bir il sizinlə...

“Ordunun Səsi Radiosu” 2024-cü ildə — Zəfər Günündə 44 dəqiqəlik verilişlə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 105 FM dalğasında yayımlanaraq radio olmaq yolunda ilk addımlarını atmağa başladı.  Primeinfo.az xəbər verir ki,sonrakı mərhələdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həftə ərzində baş verən hadisələrin xronikası, daha sonra isə “Vətənin keşiyində” müsahibəli veriliş də həmin radio dalğada dinləyicilərə təqdim olundu. 2025-ci il oktyabrın 3-dən etibarən isə “Ordunun Səsi Radiosu” YouTube platformasında müstəqil radio kimi fəaliyyətə başladı.

MN-in Baş direktoru “ADEX 2026” sərgisində görüşlər keçirib - FOTO

MN-in Baş direktoru “ADEX 2026” sərgisində görüşlər keçirib - FOTO

Oktyabrın 2-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət etmək məqsədilə ölkəmizə gəlmiş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyinin nümayəndəsi Beynəlxalq təhlükəsizlik məsələləri və Müharibə siyasəti üzrə ABŞ müdafiə nazirinin müavininin ofisinin rəhbəri Qreq Soyerlə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Baş direktor A.Qurbanov görüşdə ölkəmizin ABŞ dövləti ilə bütün sahələrdə olduğu kimi hərbi quruculuq məsələlərində əməkdaşlığa önəm verdiyini, həmçinin hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda uğurlu iştirakını qeyd edib. Ölkəmizə səfərindən və göstərilən qonaqpərvərlikdən məmnunluq bildirən cənab Q.Soyer ölkələrimiz arasına müdafiə, təhlükəsizlik və hərbi-texniki məsələlərdə əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə edib.