Xəbər axtarın

Son axtarış nəticələri:

Kərim Vəliyev Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb

30.09.2026 20:48

Kərim Vəliyev Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.

Qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib.

Paylaş: