
Əfqanıstanın şərqində Pakistan sərhədindən qayıdan əfqan qaçqınlarını daşıyan yük maşınının aşması nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölənlər arasında 10 uşaq və 5 qadın olduğu bildirilir.
Primeinfo.az “Reuters“-a istinadən xəbər verir ki, hadisə Ləğman vilayətində, Kabil ilə Nəngərharı birləşdirən əsas magistral yolda baş verib.Vilayət qubernatorunun sözçüsü Əbdül Malik Niazai bildirib ki, yaralılar dərhal Nəngərhar xəstəxanalarına yerləşdirilib.
Qəza zamanı maşında olan sərnişinlər son aylarda Pakistandan geri dönən minlərlə əfqan qaçqınlarının bir hissəsi olub. Pakistan 2023-cü ildən etibarən sənədsiz miqrantlara qarşı sərt tədbirlər görərək bir çoxlarını ölkədən çıxarıb. İran da eyni dövrdə əfqan miqrantların deportasiyasını artırıb.