Xəbər axtarın

Son axtarış nəticələri:

İranda avtobus aşdı - Ölənlər var

17.05.2026 20:45

İranda avtobus aşdı - Ölənlər var

İranın Buşehr vilayətində sərnişin avtobusu aşıb.

Primeinfo.az xəbər verir ki, hadisə nəticəsində  8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Qəza vilayətin Bəndər Kəngan şəhərində baş verib.

Məlumata görə, Asəluye-Kəngan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Siraf körpüsü yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Yaralılara hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Paylaş: