Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub.
Beyləqanda yol qəzası baş verib, xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb. Belə ki, “Qazel” markalı nəqliyyat vasitəsi “Khazar” markalı minik maşını ilə toqquşub.
Bərdədə sürücünün xəsarət alması ilə nəticələnən qəza olub. Primeinfo.az-ın xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Soğanverdilər kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “VAZ”2107 markalı 02 BK 395 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarındakı dərəyə aşıb.
Bu gün səhər saatlarında Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə şəhər ərazisində orta məktəbin qarşısında qeydə alınıb. Minik maşınının mopedlə toqquşması nəticəsində mopedin sürücüsü 2005-ci il təvəllüdlü Ə.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qaxda “BMW” markalı minik avtomobili aşıb, xəsarət alan var. Primeinfo.az, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Rayonun Turaclı kənd sakini 1987-ci il təvəllüdlü Anar Yasin oğlu Ələkbərov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq aşıb.
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az APA-ya istinadən cəbər verir ki, Ələt–Astara magistralının Salyandan keçən hissəsində avtomobil qəzası qeydə alınıb. Masallıdan Bakıya hərəkət edən “Ford” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib. Belə ki, Mirəli Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkət edərkən 2003-cü il təvəllüdlü Ələsgər Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.
Şəki rayonunun Cəyirli kəndi ərazisində yol qəzası baş verib. Primeinfo.az xəbər verir ki, 36 yaşlı Firqət Haşımovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oğuzda “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki,hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində avtomobilin sürücüsü rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, iki nəfər isə xəsarət alıb.